Afət Abdullayev və onun oğlu Təbriz Abdullayevin cinayət işi üzrə məhkəmə istintaq başa çatıb

Afət Abdullayev və onun oğlu Təbriz Abdullayevin cinayət işi üzrə məhkəmə istintaq başa çatıb
 

Şəki Ağır Cinayətlər Məhkəməsində Yevlaxda qətl törətməkdə təqsirləndirilən Afət Abdullayev və onun oğlu Təbriz Abdullayevin cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Təbriz Abdullayev 18 il 6 ay və onun atası Afət Abdullayev isə 18 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, bu il fevralın 13-də 2003-cü il təvəllüdlü Yevlax rayon sakini Amin Əsədovun çoxsaylı bıçaq xəsarəti ilə gətirildiyi rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı zərərçəkmiş şəxsin atası 1984-cü il təvəllüdlü Ramil Əsədovun da bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olması müəyyən edilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlində şübhəli bilinən rayon sakinləri - 1985-ci il təvəllüdlü Afət Abdullayev və onun oğlu 2004-cü il təvəllüdlü Təbriz Abdullayev saxlanılaraq istintaqa təhvil veriliblər. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.

 

0.017850875854492