Almaniya Əfqanıstana 5 milyon avro yardım ayıracaq

Almaniya Əfqanıstana 5 milyon avro yardım ayıracaq
 

Almaniya Xarici İşlər Nazirliyi dağıdıcı zəlzələdən zərər çəkmiş Əfqanıstan xalqına yardım üçün 5 milyon avro ayırmağa qərar verib.

“Paralel.az” xəbər verir ki, bu haqda Almanya XİN-in “X” sosial şəbəkə hesabında məlumat verilib.

“Əfqanıstandan gələn xəbərlər sarsıdıcıdır - dəhşətli zəlzələlər nəticəsində minlərlə insan həlak olub. Biz sağ qalanları diqqətsiz qoymuruq. Biz Əfqanıstana yardım üçün Humanitar Fond vasitəsilə dərhal əlavə 5 milyon avro ayırırıq”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, oktyabrın 7-si Əfqanıstanda 6,2 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ nəticəsində 2445 nəfər həlak olub.

 

0.019424915313721