Misir kəşfiyyatı: HƏMAS-ın palanları ilə bağlı İsraili xəbərdar etdik, amma…

Misir kəşfiyyatı: HƏMAS-ın palanları ilə bağlı İsraili xəbərdar etdik, amma…
 

İsrail Misirin HƏMAS-ın “böyük bir şey” planlaşdırdığına dair xəbərdarlıqlarına məhəl qoymadı. 

Paralel.az xəbər verir ki, bu barədə “Associated Press”ə Misir kəşfiyyatının adının açıqlanmasını istəməyən bir rəsmi bildirib.

Misirli kəşfiyyat zabiti vurğulayıb ki, onlar İsraillə HƏMAS arasında vasitəçi rolunda çıxış edərək dəfələrlə israillilərlə əlaqə saxlayıb. 

“Biz onları xəbərdar etdik ki, bu vəziyyət partlayışla nəticələnə bilər və tezliklə böyük bir şey olacaq. Ancaq onlar bu xəbərdarlığı dəyərləndirə bilmədilər”, - kəşfiyyatçı bildirib.

Əslində, İsrail HƏMAS-ın hücumu barədə məlumata malik olub, çünki İsrail kəşfiyyatı dünyanın sayılıb-seçilən ciddi təşkilatdır, amma Fələstinin cəzalandırmaq üçün İsrail bu hadisənin baş verməsinin qarşısını almayıb.

 

0.012883186340332