Əfqanıstanda ölənlərin sayı artır - VİDEO

Əfqanıstanda ölənlərin sayı artır - VİDEO
 

Əfqanıstanda baş verən zəlzələdə həyatını itirənlərin sayı hər an artır, hazırda ölənlərin sayı 2400-ə yüksəlib. 

Paralel.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Fəlakətlərin İdarə Edilməsi Nazirliyi məlumat verib.

Təxminən 1200 nəfər insanın hələ də dağıntılar altında qaldığı bildirilir.

Əvvəl yaralıların 9 240 nəfər olduğu bildirilirdi, sonra daha 2 min nəfərin də yaralandığı bildirilib.

Xatırladaq ki, Əfqanıstanın Zindəcan bölgəsində 6,3 bal gücündə zəlzələ baş verib. Yeraltı təkan 13 kənddə böyük dağıntılara səbəb olub, 1320 ev tamamilə dağılıb.

 

0.013321161270142