Hatayda açılan bağçaya zəlzələdə ölən fenomenin adını verildi

Hatayda açılan bağçaya zəlzələdə ölən fenomenin adını verildi
 

Türkiyəli məşhur müğənni Gülben Ergen tərəfindən qurulan və sədri olduğu “Çocuklar Gülsün Diye” dərnəyi sentyabrın 8-də Hatayda 49-cu uşaq bağçasının açılışını edib. 

Paralel.az “Haberler.com”a istinadla xəbər verir ki, müğənni bağçaya 6 fevral zəlzələsi zamanı Hatayda həyatını itirən məşhur sosial media fenomeni Taha Duymazın adını verib.

Bağçada 100-ə yaxın şagird təhsil alacaq.

Gülben Ergen açılışa oğlu Atlas ilə gəlib.

"Hatay mənim şəxsi işimdir" deyən ulu öndər Mustafa Kamal Atatürkün etibarını sağ qaldıqca qoruyacağam.

Bu gün aramızda olan oğlum Atlas Ərdoğan da bizdən sonra işləri davam etdirəcək”,- deyə müğənni bildirib.

“Çocuklar Gülsün Diye” dərnəyi  “11 Fəlakət Bölgəsində 11 Uşaq Bağçası” şüarı ilə başlatdığı kampaniyaya uyğun olaraq Diyarbəkir, Qaziantep, Kahramanmaraş, Kilis, Adana və Osmaniye vilayətlərində 6 uşaq bağçasını tamamlayaraq Milli Təhsil Nazirliyinə təhvil verib.

 

0.082458972930908