Rubiales futbolun saflığına və nüfuzuna ciddi ziyan vurdu...

Rubiales futbolun saflığına və nüfuzuna ciddi ziyan vurdu...
 

Beynəlxalq Futbol Federasiyası (FİFA) qadınlar arasında dünya çempionatının finalından sonra futbolçu Cenni Hermoso ilə öpüşən İspaniya Kral Futbol Federasiyasının keçmiş prezidenti Luis Rubialesin işi ilə bağlı açıqlama yayıb.

Bəyanatda deyilir:

"Rubiales futbolun saflığına və nüfuzuna ciddi ziyan vurdu. O, bütün idmana düzəlməz ziyan vurdu. Rubialesin öpüşü və ədəbsiz davranışı İspaniyanın dünya çempionatındakı uğurunu ləkələdi. Onun cəzalandırılması tamamilə haqlıdır. Sadəcə baş verənlərlə bağlı öz fikrini bildirdiyi üçün oyunçunu hədələmək və ya daha ciddisi, futbolçuya və onun ətrafına təzyiq göstərmək hədsizdir və intizam prosedurlarına mane olur".

Xatırladaq ki, Luis Rubiales qadınlar arasında dünya çempionatının qaliblərinin mükafatlandırılması mərasimindən sonra seksist qalmaqalla üzləşib. Funksioner futbolçu Cenni Hermosonun başından tutub dodaqlarından öpüb. Nəticədə Rubiales vəzifəsini itirib, haqqında cinayət işi açılıb.

 

0.019322872161865