Meksikada kütləvi məzarlıq aşkarlanıb

Meksikada kütləvi məzarlıq aşkarlanıb
 

Meksikanın Miçoakan ştatının Takambaro bələdiyyəsində axtarış-xilasetmə qrupu onlarla insanın qalıqlarının olduğu gizli kütləvi məzarlıq aşkarlayıb.

“Ölkə.az” xəbər verir ki, bu barədə “El Heraldo de Juarez” məlumat yayıb.

“Takambaroda gizli məzar kimi istifadə edilən dərədə ümumilikdə 45 cəsəd aşkar edilib”, - axtarış qrupunun təsisçisi və Meksikanın Yaşıllar Ekoloji Partiyasının (PVEM) nümayəndəsi Marqarita Lopez Peres deyib.

O, ekspertlərin toplaması üçün zibillik kimi istifadə edilən 200 metr dərinlikdəki dərədə də çoxsaylı skelet parçaları tapıldığını və buna görə də ölənlərin sayının artacağının gözlənildiyini söyləyib.

2011-ci ildə girov götürülən qızını axtaran Lopez Peresin sözlərinə görə, bütün qalıqlar DNT məlumat bazaları ilə müqayisə edilmək üçün Baş Prokurorluğun mütəxəssislərinə təhvil veriləcək ki, cəsədlər həlak olanların yaxınlarına verilsin.(Report)

 

0.011988162994385