Proseslər belə davam edərsə... - Sarkisyan

Proseslər belə davam edərsə... - Sarkisyan
 

Bu barədə jurnalist Davit Sarkisyan öz Facebook səhifəsində yazıb:

“Sonuncu erməni Qarabağı tərk etdi. Hətta Türkiyədə hələ də erməni kəndi var, Qarabağda isə erməni qalmayıb. Qarabağın təslim edilməsindən sonra “yaxşı yaşamaq” vədinə inananlar bilməlidirlər ki, Qarabağın tam parçalanmasından sonra da yeni kapitulyasiya müqaviləsinin müddəalarına davamlı olaraq yeni əlavələr edilir. 

Nəticə etibarı ilə bir neçə aydan sonra on minlərlə azərbaycanlını Ermənistan ərazisində əvvəlcə kompakt qruplar şəklində yaşamasını görməyə hazırlaşın. Təbii ki, onların hüquqlarını qorumaq bəhanəsi ilə Azərbaycan hərbi hissələri də gətiriləcək.

Anklavların da təhvil verilməsindən sonra ölkə üç yerə bölünəcək. Onlar arasında əlaqə, əslində, dayanacaq və ya çox çətinləşəcək. Ordunun azaldılması və tərksilah edilməsi, təhsil sisteminə yenidən baxılması, faktiki olaraq onun ləğvi, diasporla əlaqələrin tamamilə dayandırılması kimi ultimatum tələbləri də var.

"Paralel.az"

 

0.015098810195923