Qarabağdan Ermənistana 42,5 min nəfər gedib

Qarabağdan Ermənistana 42,5 min nəfər gedib
 

27 sentyabr saat 8:00-a olan məlumata görə, Qarabağdan Ermənistana 42 500 nəfər gedib, bu barədə Ermənistan KİV-ləri rəsmi mənbələrə istinadla məlumat yayıb.

Separatçıların iddiasına görə, keçmiş Ağdərə (Mardakert), Xocavənd (Martunin) və Əsgəran rayonunun böyük hissəsi boşalıb.

Yalnız Xankəndində və Əsgəran rayonunun ətraf yaşayış məntəqələrində erməni sakinlər qalıb.

Ermənistanın rəsmi mənbələrinə inansaq, Qarabağda hələ 80 min insan qalır.

“Hazırda Dağlıq Qarabağda, biz danışarkən, Laçın dəhlizinin bağlanması səbəbindən 120.000 nəfər əsl orta əsr mühasirəsindədir”.

Paralel.az xəbər verir ki, bu barədə avqustun 29-da Sloveniyanın Bled şəhərində keçirilən strateji forumda panel müzakirəsi zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

0.020758867263794