AFFA rəsmisi UEFA-dan təyinat alıb

AFFA rəsmisi UEFA-dan təyinat alıb
 

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

"Ölkə.az" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Serbiyada yerli “Srvena Zvezda” və İsveçrənin "Yanq Boys" komandaları arasında keçiriləcək Gənclər Liqasının oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma oktyabrın 4-də Belqradda gerçəkləşəcək.

 

0.016844987869263