Snup Doqqdan sonra İrəvanda onun da konserti təxirə düşdü

Snup Doqqdan sonra İrəvanda onun da konserti təxirə düşdü
 

Rusiyalı müğənni Lyubov Uspenskayanın Ermənistanın paytaxtında keçirlməsi planlaşdırılan konserti təxirə salınıb.

Axşam.az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında paylaşım edib. O, sentyabrın 28-də İrəvanda baş tutmalı olan konsertinin təxirə düşdüyünü vurğulayıb:

"İrəvanda bütün əyləncə tədbirlərinin ləğv edilməsi ilə bağlı fərman verilib. Bu, orada olacaq bütün konsertlərə aiddir. Yeni bir vaxta qədər təxirə salınsa da, tarix hələ bəlli deyil".

Qeyd edək ki, İrəvanda Ermənistanın Müstəqillik günü münasibətilə planlaşdırılan gecədə - sentyabrın 23-də amerikalı reper Snup Doqqun konserti də təxirə salınmışdı. Təşkilatçılar bu tədbir üçün 6 milyon dollar vəsait ayırmışdı.

 

0.014163970947266