Ukrayna Moskvaya unudulmaz zərbə vurdu - VİDEO

Ukrayna Moskvaya unudulmaz zərbə vurdu - VİDEO
 

Krım yarımadasının paytaxtı Sevastopolda yerləşən Qara Dəniz Donanmasının əsas qərargahı günorta saatlarında raketlə vurulub. 

 Krım yarımadasını hədəfə alan ukraynalılar raketlərlə yanaşı, pilotsuz hava və dəniz vasitələri ilə hücum ediblər.

Ukraynalılar Kerç körpüsündən tutmuş Sevastopoldakı hərbi dəniz bazasında yerləşən hərbi gəmi və sualtı qayığa, 200 milyon dollarlıq radardan Qara dənizdəki əsas limana qədər bir çox yeri vurublar.

Hadisə nəticəsində qərargahın ciddi şəkildə zədələndiyi, dam örtüyünün çökdüyü görülüb.

Raketin vurduğu əsas qərargah binasında yanğın baş verib.

Hücumdan sonra Sevastopolda gəmilərin hərəkəti dayandırılıb.

Xatırladaq ki, 2014-cü ildə Rusiya lideri Vladimir Putin Ukrayna ərazisi olan Krımı ilhaq edib.

Günay

 

0.01643705368042