Almaniyada onların fəaliyyəti qadağan edildi

Almaniyada onların fəaliyyəti qadağan edildi
 

Almaniyanın Daxili İşlər Nazirliyi “Hammerskins Germany” adlı irqçi neonasist qrupun fəaliyyətini qadağan edib.

Bu məlumatı “Nachrichten.at” yayıb.

Bildirilib ki, ifrat sağ yönümlü “Hammerskins” və ona dəstək verən “Crew 38” adlı qruplar Almaniya Konstitusiyasına qarşı çıxış etdikləri üçün fəaliyyətləri qadağan edilib.

Məlumata görə, sentyabrın 19-da Almaniyanın 10 əyalətində 28 yaşayış məntəqəsində qrupun mərkəzlərində əməliyyat keçirilib, onların mallarına həbs qoyulub.

Daxili işlər naziri Nensi Faeser qadağa ilə bağlı deyib ki, bu, mütəşəkkil ifrat sağçılığa ağır zərbədir: “Bununla Almaniyada beynəlxalq səviyyədə fəaliyyət göstərən neonasist dərnəyinin insanlığa zidd fəaliyyətinə son qoyduq. Biz bunu etməklə irqçilik və antisemitizmə qarşı açıq siqnal göndərdik”.

Nazir ifratçı sağ qurumları məhv etmək məqsədilə qətiyyətlə fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıb. O, qadağaya hazırlığın bir il aparıldığını qeyd edərək bu istiqamətdə dəstəyə görə ABŞ rəhbərliyinə təşəkkürünü bildirib.

Məlumata əsasən, Almaniyada təxminən 130 üzvü olduğu deyilən "Hammerskins Germany" 1988-ci ildə ABŞ-da qurulan "Hammerskins Nation" təşkilatının davamıdır. Qrup Almaniyada konsert tədbirləri təşkil etməklə ifrat sağçı təbliğatı aparır. Bu qrupun fəaliyyətinin dayandırılması ilə Almaniya Daxili İşlər Nazirliyinin ölkə üzrə qadağan etdiyi irqçi təşkilatların sayı 20-yə yüksəlib.(Report)

 

0.012814044952393