“Xiaomi” ilk elektrikli avtomobilini təqdim etməyə hazırlaşır

“Xiaomi” ilk elektrikli avtomobilini təqdim etməyə hazırlaşır
 

“Xiaomi” şirkəti ilk elektrikli avtomobilini “Xiaomi 14” seriyalı smartfonlarla birlikdə bu ilin oktyabr və ya noyabr ayında təqdim etməyi planlaşdırır.

Paralel.az xəbər verir ki, MS11 kod adlı “Modena” avtomobili tam elektrikli sedan olacaq. 

Əvvəllər avtomobilin 22 min ilə 29 min dollar arasında qiymət alacağı gözlənilirdisə, indi bu qiymət 40 min dollara yüksəlib.

Məlumata görə, avtomobil hər birində “Qualcomm 8295” çip ilə birlikdə üç versiyada təqdim olunacaq.

Avtomobil 800 km-ə qədər məsafəni təmin edən 101 kVt/saat tutumlu akkumulyatorla təchiz ediləcək.

“Xiaomi”nin ilk elektrikli avtomobili aerodinamik kuzov dizaynı, uzun kapot və ön şüşədəki lidar sensoru kimi detalları ilə diqqət çəkir.

Şirkət gələn il 100 000 ədəd avtomobil istehsal etməyi hədəfləyir və hazırda avtomobil sənayesində təcrübəli işçiləri işə götürür.

Şirkət həmçinin əsas Amerika və Avropa bazarları da daxil olmaqla beynəlxalq satışa çıxarılması planlarına işarə edib. Bununla belə, "Xiaomi"nin “Modena”nı elektron seqmentdə vacib hesab etdiyi bir bazar olan Hindistana təqdim edib-etməyəcəyi qeyri-müəyyən olaraq qalır.

 

0.017284154891968