Bakı ravvini Ermənistan yəhudilərini Azərbaycana sığınmağa çağırıb

Bakı ravvini Ermənistan yəhudilərini Azərbaycana sığınmağa çağırıb
 

Avropa və Amerikada ravvinlərin erməni təbliğatı ilə Azərbaycanı demonizasiyasına və Holokost mövzusundan istifadəsinə qarşı kampaniyanın təşəbbüskarı olan Bakı ravvini Zamir İsayev İrəvanda qalan son yəhudilərə videomüraciət edib.

APA xəbər verir ki, din xadiminin müraciəti teleqram kanalında yayımlanıb.

Müraciətdə deyilir: “Bu yaxınlarda İrəvanda yaşayan bir neçə yəhudi mənimlə əlaqə saxlayaraq böyük təzyiq altında olduqlarını deyiblər. Onlar erməni təbliğatının Holokost terminologiyasından istifadəsinə qarşı çıxan Avropa, Amerika, İsrail, eləcə də müsəlman ölkələrini ravvinlərinin təşəbbüsü ilə bağlı təhdid edilirlər.

Mənə videomüraciətimdən sonra bütün dünyada ravvinlərin etirazını dayandırmaq tələbi çatdırıldı. Mən bacarmıram. Xalqımızın faciəsi olan Holokostun xatirəsindən Ermənistan rəhbərliyinin öz siyasi məqsədləri üçün istifadə etməsinə qəzəblənməyə bilmirəm. Mən eyni fikirdə olan digər ravvinləri inandıra bilmirəm ki, ölən 6 milyon soydaşımızın bu şəkildə alçaldılmasına icazə vermək olmaz.

Mən hələ də Ermənistanda yaşayan bir neçə yəhudiyə müraciət edirəm ki, bu ölkəni tərk etsinlər. Axı, fərqli fikirdə olduğu üçün təhdid olunduğunuz ölkədə yaşaya bilməzsiniz.

Əgər siz Holokost yaddaşından mənfur siyasi məqsədlər üçün istifadəni müdafiə etməyə məcbur edilirsinizsə, oradan çıxın!

Elə bir ölkəyə gedin ki, yəhudilərə dini baxışlarına görə təqib edilmirlər. Daha yaxşısı, yəhudilərə qardaş kimi baxılan Azərbaycana gəlin!

İstəyənlər Facebook vasitəsilə mənimlə əlaqə saxlaya bilər və mən açıq şəkildə öhdəmə götürürəm ki, sizi burada qarşılayacaq, Azərbaycan vətəndaşlığı verəcəklər və təbii ki, təhlükəsizliyiniz təmin ediləcək. Hətta İsraildə deyirlər ki, Azərbaycan yəhudilərin yaşaması üçün ən təhlükəsiz ölkələrdən biridir.

Ermənistanda kimsə sizə nifrətini çıxarmaq qərarına gələnə qədər gözləməyin!

Mən bilirəm ki, İrəvandakı ayrı-ayrı yəhudilərə Ermənistanı dəstəkləmək üçün təzyiqlər edilir. Ancaq bu sevgi elanı kimi olacaq, ancaq bıçaq boğaza dirənmiş olacaq!”

Ravvin İsayev şəxsi Facebook səhifəsində Azərbaycanda məskunlaşmaq üçün konkret kimin köməyinə hazır olduğunu açıqlayıb: “Əgər valideynlərinizdən heç olmasa biri yəhudidirsə, 1991-ci ildən əvvəl verilmiş doğum haqqında şəhadətnaməniz varsa, mənimlə əlaqə saxlayın, sizə Azərbaycana köçməyə kömək edərəm".

 

0.019192934036255