Ermənilər ucuz şoulardan əl çəkməlidir, yoxsa Bakı nə edəcəyini yaxşı bilir - AÇIQLAM

Ermənilər ucuz şoulardan əl çəkməlidir, yoxsa Bakı nə edəcəyini yaxşı bilir - AÇIQLAM
 

Ermənilər ucuz şou xarakterli teatr səhnələrindən əl çəkməlidir, yoxsa bunun çox ağır bədəlini ödəməli olacaqlar.

Bunu “Paralel.az ”a açıqlamasında deputat Rauf Əliyev deyib.

Onun sözlərinə görə, son vaxtlarda Ermənistan havadarları ilə birgə bölgədə sülh prosesini pozma istiqamətində ciddi təxribatçı hərəkətlərə əl atıblar.

“Ermənistanın və onun “böyük bacısı” sayılan Fransa düşünülmüş şəkildə süni “humanitar böhran” yaratmaq üçün çirkin planlar hazırlayıb həyata keçirməyə cəhd ediblər. Bu çirkin niyyətlərini rellaşdırmaq üçün Azərbaycanla razılaşdırılmadan, beynəlxalq hüquq normalarına zidd olaraq, başqa bir müstəqil dövlətin suveren hüquqlarına hörmətsizlik nümayişkəranə şəkildə “humanitar yük” adı altında müxtəlif yük maşınlarını Azərbaycan sərhədindəki Laçın sərhəd-keçid məntəqəsinə gətiriblər. Onlar gözəl bilirlər ki, hər hansı bir ölkə başqa bir ölkəyə  hansısa yük, xüsusən də humanitar yük aparırsa, bunu həmin dövlətlə razılşadırır və sonra  həmin yükü aparır. Ermənistan və Fransa bilərəkdən Azərbaycana qarşı belə bir təxribata əl atıb”, - qeyd edib.

Deputatin fikrincə, Ermənistan və Fransanın bu cür təxribatçı cəhdləri müstəqil dövlətin suveren hüquqların qəsd və onun daxili işinə birbaşa müdaxilədir ki, bu da yolverilməzdir: “Bu hərəkət bölgədə sülhün pozulmasına, separat meyillərin, işğalın, terrorun təşviqinə xidmət edir. 
Onların dediyi kimi, əgər doğrudan da rus hərbi kontingentinin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazisində yaşayan ermənilər hansısa “aclıq”, "humanitar böhran”la üzləşibsə, bəs niyə Azərbaycanın göndərdiyi humanitar yükü qəbul etmirlər. Azərbaycan tərəfinin göndərdiyi yük iki gündür ki, Ağdam-Xankəndi yolunun Xocalı rayonu ərazisində dayanıb və orada yaşayan erməni icması yükün keçməsinə imkan vermir. Onların yükdən imtinası onu sübut edir ki, bütün bu haray-həşir yalandan edilir və manipulyasiya xarakteri daşıyır.  Azərbaycan tərəfi də bununla bağlı qəti mövqeyini ortaya qoyub. Bu məsələdə hər hansı güzəşt ola bilməz. Azərbaycan heç bir zaman suverenliyinə xələl gətirən addıma imkan verməyəcək. Bunu ermənilər və onun havadarları anlamalıdır. Nə qədər tez anlasalar yaxşı olar. Onlar sülh prosesinə və Azərbaycanda yaşayan erməni icmasının cəmiyyətə reinteqrasiyana maneələr yaratmaqdan əl çəkməlidirlər. 44 günlük müharibədən sonra Azərbaycan bölgədə sülhün əldə edilməsi naminə erməni icmasının reinteqrasiyası prosesinə başlaması istiqamətində dəfələrlə ciddi addım atıb, amma çox təəssüflər olsun ki, belə dağıdıcı qüvvələrin “fəaliyyəti” nəticəsində mümkün olmayıb. Son vaxtlarda Qarabağda yaşayan ermənilərlə görüş keçirilməsi barədə razılıq əldə edilsə də, sonda bundan imtina edilib. Bu məsələdə təkcə Xankəndidəki cinayətkar hərbi xunta rejimi yox, həm də Ermənistan, erməni lobbisi təsiri altında olan güclərin, həm də erməni havadarlarının  müstəsna rolu olub. Necə ki, biz bu gün onu müşahidə etməkdəyik. Lakin unutmamalıdırlar ki, Azərbaycanın da səbri müəyyən bir mərhələyədəkdir. Azərbaycan öz sərhədləri daxilində beynəlxalq hüququn və ölkə qanunvericiliyinin tələblərinə uyğun sərt tədbirlər görmək hüququnu özündə saxlayır. Azərbaycan öz daxilində hər hansı nəzarətsiz  ərazinin olmasına dözmək niyyəti yoxdur. Ona görə də oradakı qanunsuz cinayətkar xunta rejimi buraxılması və tərksilah edilməlidir. Onlar bunu anlamayacaqsa, o zaman Azərbaycan bunu necə etməyin yolunu yaxşı bilir”.

 

0.047239065170288