Nazirlik: Sənədi olmayan 22 uşağın təhsil hüququ təmin olunacaq

Nazirlik: Sənədi olmayan 22 uşağın təhsil hüququ təmin olunacaq
 

Azərbaycan Uşaqlar Birliyindən Elm və Təhsil Nazirliyinə göndərilən məktub nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən araşdırılıb.

Bu barədə Paralel.az  Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, rəhbərliyin tapşırığına uyğun olaraq, müvafiq sənədlərinin çatışmaması səbəbindən təhsildən kənarda qalmış 22 uşağın yeni tədris ilindən təhsil almaq hüququ təmin olunacaq.

Həmin siyahıda adı keçən bir qrup uşağın fərdi təhsilə cəlb edilməsi ilə bağlı da araşdırma davam etdirilir.

Qısa zamanda aidiyyəti dövlət qurumları ilə uşaqların şəxsiyyətini təsdiq edən sənədlərin əldə edilməsi istiqamətində müvafiq tədbirlər görüləcək.

Elm və Təhsil Nazirliyi məsələni ictimai diqqətdə saxlayan təşkilata təşəkkür edir və belə həssas məsələlərin daim diqqətdə saxlanılmasına xüsusi önəm verir.

 

0.097697019577026