Məşhur basketbolçunun oğlunun qəfil infarkt keçirməsinin səbəbi açıqlandı

Məşhur basketbolçunun oğlunun qəfil infarkt keçirməsinin səbəbi açıqlandı
 

NBA komandalarından "Los Angeles Lakers"in superulduzu Lebron Ceymsin 18 yaşlı oğlu Bronninin infarkt keçirməsinin səbəbi açıqlanıb.

Paralel.az xəbər verir ki, ailənin sözçüsü Stefani Roza, keçən ay Cənubi Kaliforniya Universitetinin basketbol komandası ilə məşq edərkən infarkt keçirən Bronninin anadangəlmə ürək qüsuru olduğun açıqlayıb. Mətbuat katibi Ceymsin xəstəliyinin anatomik və funksional baxımdan əhəmiyyətli olduğunu, artıq müalicə prosesinin başladığını bildirib.

İyulun 24-də komandası ilə məşq zamanı ürəyi dayanan oğul Ceyms üç gün sonra xəstəxanadan buraxılıb. O, xəstəliyi səbəbindən keçən ay komandasının Avropa turuna gələ bilməyib.

 

0.014498949050903