Priqojinə niyə məhz Tverdə sui-qəsd edildi? - Qəribə detal

Priqojinə niyə məhz Tverdə sui-qəsd edildi? - Qəribə detal
 

Türkiyəli yazar Zəkəriyyə Say “Sui-qəsd, yoxsa Prigojinin təyyarəsi niyə Tverdə qəzaya düşdü?” məqaləsində faktlara əsaslanaraq arqumentləri ilə çox ciddi məqamlara aydınlıq gətirib.

Paralel.azhəmin mətni tərcümə edib. Yazını təqdim edirik:

“Spiridon İvanoviç Putin 1879-cu il dekabrın 19-da Çar Rusiyasının Tver quberniyasında anadan olub. O, 15 yaşında kulinariya təhsilini öyrənmək üçün Sankt-Peterburqa gedir.

1917-ci ildə Rusiyada baş verən inqilabından sonra Moskvaya köçür.

Bolşeviklər ona o qədər etimad göstərirlər ki, hətta onu “baş aşpaz” edirlər.

Baba Putin əvvəlcə Sovet İttifaqının qurucusu Vladimir Leninin baş aşpazı olur. 

1924-cü ildə, Leninin ölümündən sonra o, həyat yoldaşı Nadejda Krupskaya və onun bacısı üçün illər boyu yemək bişirir. 

Bu müddət ərzində o, İosif Stalin üçün yeməklər də hazırlayır.

Gürcü şərablarını və qəlyanaltılarını, qozlu və ədviyyatlı souslu toyuq ətini çox sevən Stalinə içki süfrələri düzəldərdi. 

Baba Spiridonun Stalinin yaxın çevrəsində yaşaması və edam edilməməsi və Sibirə sürgün edilməməsi olduqca diqqətəlayiq idi.

Dörd oğlundan ikisi İkinci Dünya müharibəsində həlak olan, biri əlil olan və yalnız biri evə salamat qayıdan Spiridon İvanoviç Putinin çox güman ki, DTK-nin sələfi olan gizli polis orqanı olan NKVD-də xidmət etdiyi düşünülürdü. 

Baba Spiridonun 73 yaşı olanda nəvəsi Vladimir Putin dünyaya gəlir.

Putinin 15 yaşı tamam olanda könüllü olaraq DTK-yə müraciət edib. 

“Biz belə könüllü götürmürük, əvvəlcə “oxu” deyərək Putini DTK-dən qovurlar.

O da əvvəlcə hüquq təhsili alıb, sonra agent olub. 

Moskvada Boris Yeltsinlə görüşən Putin sadiqliyini sübut edib.

Yeltsinin “varis” elan edilməsi ilə o, əvvəlcə baş nazir, sonra isə Rusiya prezidenti kürsüsünə oturdu.

O, babasının yemək bişirdiyi Stalindən sonra artıq tarixə “ən yaxşı rus lideri” kimi damğasını vurub.

İkinci Dünya müharibəsində aclıqdan bacısını itirən və təcrübə keçməyə göndərildiyi Şərqi Almaniyada ilk dəfə 15 kiloqram kökələn Putin prezident olduqdan sonra birbaşa mədəsini dövlət işlərinə bağladı.

Kremldə 30 nəfərlik aşpaz komandası işə götürən və qonaqlarını nəfis süfrələrdə qonaq edən Putin rəqiblərini yeməklərlə susdurdu.

Keçmiş rus agenti, Putinin əleyhdarlarından olan Aleksandr Litvinenko suşi restoranında qəfildən zəhərlənib. Sınaqda agentin yediyi suşidə siçovul zəhərində istifadə edilən yüksək dozada tallium aşkar edilib.

Ukraynalı siyasətçi Viktor Yuşşenko da 2004-cü ildə prezident seçkiləri zamanı moskvayönlü Viktor Yanukoviçlə mübarizə apararkən yediyi şam yeməyindən zəhərlənib.

Rusiya isə bu və buna bənzər bir çox sui-qəsdlərlə heç bir əlaqəsi olmadığını bildirib.

Rusiya liderini yaxından tanıyan bir amerikalı diplomat o zaman Putini belə təsvir edirdi:

“Putin hansısa mövzudan danışanda və ya bir iş görüləcəksə, sözünə “yox” deməklə başlayar. “Bəli, düz deyirsən, səninlə razıyam. Əgər “mən sizin fikirlərinizə böyük hörmətlə yanaşıram” ilə başlayırsa, deməli, Putin “yox” demək istəyir”. 

Dediyinin əksini etməyi vərdiş halına gətirən Putin hər hansı bir məsuliyyət rəddetmə şansını tanıdığı üçün “Vaqner” adlı rus təhlükəsizlik şirkətini “baş aşpaz” kimi tanınan və ona yemək servisi edən rusiyalı iş adamı Yevgeni Priqojinə qurdurdu.

Putin 2014-cü il mayın 1-də yaradılan şirkətə Rusiya hərbi kəşfiyyatında çalışmış keçmiş polkovnik-leytenant Dmitri Utkini rəhbər təyin edib.

Utkin əvvəllər Ukrayna və Krımda xidmət edib. 

"Vaqner" yarandıqdan sonra dünyanın qeyri-sabitlik bölgələrində Rusiyanın maraqlarına uyğun əməliyyatlar apardı.

Suriyadan başqa ərəb ölkələrində, Afrikada fəaliyyət göstərib. 

Cümə günü, iyunun 23-nə keçən gecə Rusiyanın muzdlu şirkəti “Vaqner” Rusiyanın müdafiə naziri Şoyqunu ələ keçirmək məqsədi ilə silahlı üsyana başlayıb. Sonra Moskvaya yürüşünü dayandıraraq qəfil qərarla geri çəkildi. 

İntiqamın ən yaxşı soyuq yemək olduğunu bilən Putin bir gün əvvəl “baş aşpazı” Priqojin və ortağı Utkinə “gözəl sonluq” hazırladı.

Onları zəhərləmək əvəzinə, içində olduqları təyyarəni vurdu. 

Hadisədən sonra ilk açıqlamasını verən Putin keçmiş baş aşpazı Priqojin haqqında “O, mürəkkəb taleyi olan insan idi, lakin istedadlı insan idi və həyatında ciddi səhvləri var idi”, deyib.

O, daha sonra qəzaya uğrayan təyyarə ilə bağlı lazımi araşdırmaların aparılacağını diqqətə çatdırıb.

Lakin Priqojini daşıyan təyyarənin Putinin babası, keçmişdə Kremlin baş aşpazı olmuş Spiridon İvanoviç Putinin doğulduğu Tverə enməsi, qəzanın arxasında kimin dayandığını ümumiləşdirir.

Putin baş aşpazın doğulduğu şəhərdə digər baş aşpazın həyatına son qoymaqla intiqamını almaq istəyirdi.

 

0.018970012664795