Bəzəkli tələlər - Professor yazır...

 Bəzəkli tələlər - Professor yazır...
 

Oksford Universiteti Akademiyasının professoru! Ada bax a!
Bəh-bəh! Baden-Badenin mavi gecələri! Həm də gecə qara, cücə qara... Harvard, Dalambaliya, Missisipi...
Hərdən sadəlövhlüyümüzə, saflığımılza elə yazığım gəlir ki! Səadəti Salmadoniyada axtarırıq. Sanki oralarda insanlar deyil, mələklər yaşayır. Təbliğatın gücü! 3-5 yaşımızdan beynimizə yeridiblər ki, bizdən xalq olmaz-filan. Ona görə də, mehrimizi, məhəbbətimizi salmışıq yadellilərə. Elə soxuşdurublar ki, adlarını çəkəndə qəlblərimiz riqqətə gəlib. İnsan beyni, insan psixologiyası! Təbliğatın gücü ilə elə edərsən ki, tövləni qəsr, qəsri tövlə bilər!
Bəli, Oksford Universiteti Akademiyasının professoru, Buenos Ayres elmi araşdırmalar mərkəzinin popullu üzvü və s. İnanmayın, aldanmayın!
Hər tərəfdən gələn təbliğatlar özümüzə nifrət aşılamaqla məşğuldur. Nəticədə, bir ayağımız qaçaraqda olduğu üçün bu ölkəni yalnız talamaq haqqında düşünürük. Talayacaq, qaçacaq, həyatımızı cənnət Avropada, Amerikada quracağıq kimi.
Xəbərimiz olmadan xarici kəşfityyat orqanlarının ustalıqla qurduğu və bəzədikcə bəzədiyi tələlərə düşməkdən özümüzü saxlaya bilmirik. Alim, həkim, akademiya üzvləri adları ilə bəzəyib-düzəyib içimizə soxublar. Biz yazıq da çəpik çalıb şəninə təriflər deyirik. Daha düşünmürük ki, elm və təhsil müəssisələrində, xüsusən sağlamlığımız üçün əldən getdiyimiz klinikalarda istənilən təsirə məruz qoyula bilər, özümüz də bilmədən milli maraqları sata bilərik. Diqqətli olmaq, artmaqda olan dələduzlara aldanmamaq!

"Paralel.az"

0.088837862014771