Çanaqqala boğazı gəmilərin keçidi üçün bağlanıb

Çanaqqala boğazı gəmilərin keçidi üçün bağlanıb
 

Bölgədə davam edən meşə yanğını səbəbiylə Çanaqqala boğazı Marmara dənizi istiqamətində gəmilərin keçidinə bağlanıb.

Paralel.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

"Çanaqqala-Kəpəz bölgəsində baş verən meşə yanğını ilə əlaqədar olaraq Çanaqqala boğazında cənub-şimal istiqamətində gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb. Gəmilərin hərəkəti bir istiqamətdə həyata keçirilir", - nazirliyin açıqlamasında bildirilir.

Beləliklə, gəmilər müvəqqəti olaraq Egeydən Mərmərə dənizinə qədər boğazdan keçə bilməyəcəklər.

 

0.020962953567505