"Belarus bu halda nüvə silahından istifadə edə bilər"

 

“Minsk Rusiyaya qarşı təcavüz olacağı təqdirdə ona verdiyi taktiki nüvə silahından istifadə edə bilər”.

Paralel.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə müsahibəsi zamanı deyib.

"Bu halda biz tərəddüd etməyəcəyik, bütün silah arsenalını çəkindirmək üçün istifadə edəcəyik", - deyə Lukaşenko bildirib.
Lukaşenko vurğulayıb ki, Belarus Ukrayna Silahlı Qüvvələri bu ölkənin sərhədini keçməyincə onunla qaynar münaqişəyə qoşulmayacaq.

 

0.016597986221313