Bakıda evdən 15 000 dollar, 6 500 manat və 3 700 manatlıq qızıl oğurlanıb

Bakıda evdən 15 000 dollar, 6 500 manat və 3 700 manatlıq qızıl oğurlanıb
 

Bakıda evdən 6500 manat, 15000 dollar və 3700 manatlıq qızıl oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 6500 manat, 15000 ABŞ dolları pul və 3700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fəridə Miriyeva müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma apaırılır.

0.013883829116821