Naxçıvan şefi Fuad Nəcəfli də özünə işləyir - Camaatın səsi eşidilmir

Naxçıvan şefi Fuad Nəcəfli də özünə işləyir - Camaatın səsi eşidilmir
 

"Hər dəfə "Naxçıvan çətin yerdir" deyib başımıza oyun açırlar. Amma çətinliyi yaradan elə başımıza gətirilənlərdir". Bu sözlər dia-az.info-ya bir qrup naxçıvanlı adından edilən müraciətdə yer alıb.

Müraciət müəllifləri daha sonra bildirir: "Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi postu təsis olunanda, yəni "Xan" həzrətləri Vasif Talıbov yola salınıb, onun səlahiyyətləri "Canişin" həzrətləri Fuad Nəcəfliyə veriləndə bir balaca ümidlənmişdiksə, indi zərrə qədərində də nəyəsə inamımız qalmayıb.

Yenə də eyni adamlar eyni qaydada dövləti talayır. Kimsə də söz deyə bilmir. Səsini çıxaranı əvvəlki qaydada var-yoxdan çıxarırlar. Kimsə danışa bilmir. Əvvəl Vasifdən söz deyənin dilini kəsirdilərsə, indi də Fuaddan danışanın ağzına qıfıl vururlar.

Fuad Nəcəfli də elə Vasif Talıbovun tayıdır. Gələn kimi ilk işi Şahbuzda dədəsinə saray tikmək oldu. Büdcə bu gün ona və ətrafına işləyir. Elə bil Xanın biri gedib, digəri gəlib... Yazıq camaat...

İndi tez-tez bizdən soruşurlar ki, Fuad Nəcəfli necə işləyir? Necə işləyəcək ki? Eyni qaydada... YƏNİ ÖZÜNƏ! Necə ki Vasif Talıbov özünə işlədi bu illər ərzində, indi də Fuad Nəcəfli... Gərək DTX gəlsin bir gün burda əməliyyat keçirsin... onda hər şey üzə çıxar..."

 

0.030592918395996