Ukrayna danışıqlara getməyəcək, Rusiya güzəştə hazır olacaq - Politoloq

Ukrayna danışıqlara getməyəcək, Rusiya güzəştə hazır olacaq - Politoloq
 

“Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Vladimir Putinlə heç vaxt danışıqlar aparılmayacağını və Volodimir Zelenskinin Putinlə bir stolda otura bilməyəcəyini vurğulayıb. İki ölkə arasında ziddiyyətlər o qədər dərindir ki, birbaşa dialoqun baş tutması mümkün görünmür”. 

Paralel.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə Rusiya-Ukrayna münasibətlərindəki son vəziyyəti şərh edərkən deyib.
Ukraynanın əks-hücumları intensivləşdiyini və hər gün Rusiyanın ərazilərinə PUA hücumları təşkil edildiyini deyən politoloq Taxıl sazişi ilə bağlı razılığın mümkün göründüyünü söyləyib.

“Rusiya Prezidenti Vladimir Putinin Türkiyə səfərində Ukrayna ilə mümkün danışıqlar prosesinin başlanması müzakirə ediləcək. Putin artıq Türkiyə ilə danışıqlarda maraqlıdır. Türkiyə prezidentindən yenidən vasitəçilik etməsini xahiş etməsi istisna deyil. Çünki Ukraynanın əks-hücumları effektli olaraq Rusiya qoşunlarının geri çəkilməsinə, təchizatında ciddi problemlərin yaşanmasına gətirib çıxarır. Qara dəniz Taxıl sazişinin müzakirə edilməsi gözlənilir. Taxıl sazişi ilə bağlı razılıqın əldə edilməsi mümkün ola bilər”. 

M.Əsədullazadə indiki şəraitdə Ukraynanın danışığa getməyəcəyini bildirib:

“Türkiyənin vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında danışıqların baş tutmasına gəldikdə isə, Ukrayna indiki şərtlər daxilində danışıqlara getməyəcək. Ukrayna və Rusiya danışıqları Zaparojye, Mariuopol və Azov dənizi sahili işğaldan azad olunduqdan sonra baş tuta bilər. Bundan sonra Rusiya güzəştlərə getməyə hazır olacaq” - o əlavə edib.

 

 

 

0.021476984024048