Dünyanı gözləyən yeni və amansız  müharibə ocağı - Afrika

Dünyanı gözləyən yeni və amansız  müharibə ocağı - Afrika
 

Hazırda dünya güclərinin əsas diqqəti Afrikaya yönəlib. 

Beynəlxalq ekspertlər və politoloqlar hesab edir ki, Afrikada gözlənilən müharibə Rusiya-Ukrayna müharibəsindən daha amansız forma ala bilər. Bu amansız müharibəyə səbəbə isə Nigerdə baş verən dövlət çevrilişidir. Nigerdəki son hadisələr Afrikanı gözləyən böyük müharibənin başlanmasını istisna etmir. Artıq burada da Qərblə, xüsusən də Fransa ilə ABŞ Rusiya ilə sərt formada qarşı-qarşıya dayanıb.  

Moskvanın Nigerdəki son hadisələrdən, o cümlədən “taxil müqaviləsi” ərtafında yaranmış fürsətdən maksimum faydalanması niyyəti ortadadır.  Putinin və Kreml rəsmilərinin son günlərdə Afrika ölkələrinə yönəlik, xüsəsən də ucuz taxıl təchizatı, onların Rusiyaya olan milyardlarla dollar borcunu silməsi və sair bu kimi xoşməramlı mesajları buna xidmət edir. 

Moskva burada iki məqsəd güdür:

Birincisi, Qərbin Ukraynadan diqqətini yayındırmaq, ikincisi isə   üzləşdiyi təcrid siyasətində daha əlverişli təsir rıçaqları əldə etmək. O baxımdan da yaranmış vəziyyət Moskva üçün göydəndüşmə bir hadisədir və bu fürsətdən  faydalanmağa çalışacaq. İndi nə qədər məqsədinə nail olacaq, ya yox, bu başqa...

“Vaşinqton Post” qəzeti yazır ki, qiyam nəticəsində devrilən Niger prezidenti Məhəmməd Bazum “girov kimi” saxlanılır. O, Ağ Evə rəsmi müraciət edərək dəstək istəyib. “Mən ABŞ hökumətini və bütün beynəlxalq ictimaiyyəti konstitusiya quruluşumuzun bərpasına kömək etməyə çağırıram. Ortaq dəyərlərimiz, o cümlədən demokratiya və qanunun aliliyinə hörmət uğrunda mübarizə yoxsulluq və terrorizmlə mübarizədə davamlı irəliləyiş əldə etməyin yeganə yoludur. 
Niger xalqı tariximizin bu dönüş nöqtəsində dəstəyinizi heç vaxt unutmayacaq”, - devrilmiş prezident yazıb.

O həmçinin xəbərdarlıq edib ki, region Rusiyanın təsirinə düşə bilər. Çünki qonşu ölkələrdə Rusiyaya məxsus “Vaqner” özəl hərbi qruplaşması fəaliyyət göstərir. 

“Club Z” isə yazır ki, Rusiya yaranmış bu fürsətdən maksimum istifadə etməyə çalışacaq. 

“Rusiya heç vaxt dövlət vakuumuna sürünmək fürsətini əldən vermir. Qonşu Mali və Burkina Fasoda baş verdiyi kimi "Vaqner"in Nigerdə görünməsi an məsələsidir”. Onu da qeyd edək ki, "Vaqner" rəhbəri Priqojin də teleqram kanallarında yayımladığı audio mesajda Nigerdəki   çevrilişi alqışlayıb. 

Bundan əlavə, Priqojinin Sankt-Peterburqda afrikalı siyasətçilərlə görüşü olub və vəziyyət müzakirə olunub”, - nəşr yazır.

Reuters isə yazır ki, Qərbi Afrika İqtisadi Birliyi Nigerə mümkün hərbi müdaxilə planını, o cümlədən qüvvələrin yerləşdirilməsi qaydası və vaxtını hazırlayıb. 

Əl-Cəzirə telekanalının məlumatına görə, Afrikanın ən sıx məskunlaşdığı Nigeriyanın prezidenti Bola Tinubu ölkəsinin Senatına məktub yazaraq qanunverici orqanın üzvlərindən qonşu Nigerə regional hərbi müdaxiləni dəstəkləmələrini xahiş edib.

Nigeriyanın “The Cable” qəzeti yazı ki, Tinubu hərbi xuntanı təslim olmağa və qonşu Nigerdə konstitusiya nizamını bərpa etməyə məcbur etmək üçün hərbi gücləndirmə və hərbi müdaxilə üçün personalın yerləşdirilməsini müdafiə edib.

Bundan əvvəl Burkina Faso və Mali Nigerə qarşı istənilən hərbi müdaxilənin onlara qarşı müharibə elan etməyə bərabər olacağını bəyan ediblər.

“De Standaard” isə hesab edir ki, Nigerdəki çevrilişin geosiyasi kabusa çevrilməsi riski hər gün artmaqdadır:
“Niger böyük dünya siyasi səhnəsində əhəmiyyətli bir oyunçu olmaya bilər, lakin bu ölkədə çevrilişin böyük nəticələrə səbəb ola biləcəyi riski var. Əgər Rusiya bu ölkədə öz təsirini gücləndirsə, o zaman bunun Ukraynaya qarşı müharibəsi baxımından da nəticələri ola bilər. Qərb müxtəlif səbəblərdən məğlub olanların tərəfində olmaq riskini daşıyır. O, geosiyasi təsirini itirir”.

Paridə dərc olunan “Libération” isə qeyd edib ki, qeyri-sabitlikdən əsas faydalananlar regionda tüğyan edən islamçı terrorçu qrupları olacaq. 
“Niameydəki hadisələr, əlbəttə ki, Fransa üçün çox pis xəbərdir, bu həm də indiyədək Nigerin təhlükəsizlik tərəfdaşı kimi çıxış edən ABŞ üçündə  pis haldır.  

Rusiya isə Qərbin təsirinin zəifləməsinin tam əleyhinə deyil. Ancaq bu çevrilişin arxasında məhz onun olduğunu təsəvvür etmək çətindir”, - nəşr yazır.

Proseslərin inkişaf tendensiyası onu deməyə əsas verir ki, dünya gücləri Afrikada maraqları uğrunda amansız savaşa girəcək və bu da Afrikada böyük müharibənin başlayacağını istisna etmir.

Mürtəza
Paralel.az

Bu söz "Təhlükəsizlik Qapısı" olaraq tanınan təhlükəsizlik və güvenlik məsələlərinin çox müxtəlif zolaqları üzrə dünyanın politikasına təsir edəcək yeni və amansız bir müharibə ocağı əks etdir. Bu ocaq, hər hansı bir dövlətin qüvvələrinin varlığını qorumaq üçün yeni növü müharibə strateji və taktikalarının yaradılmasına səbəb ola bilər. Bəzi tədqiqatçılar bundan əlavə, öz üzərinə dəyişik növ tdqiqatlar və müharibələr üçün yüksək tezlikdə lazımi edəcək bir tez-müdafiə məkanizmi-ne edilən münaqişələrin təsiri üzərində de da gücün sürətlə artmasının qarşısını almağa çalışırlar.

0.081639051437378