İrəvan Rusiyanı avropalı kəşfiyyatçılarla bloklayır: Kreml Ermənistanın işğalına məcbur edilir

İrəvan Rusiyanı avropalı kəşfiyyatçılarla bloklayır: Kreml Ermənistanın işğalına məcbur edilir
 

Rusiya Cənubi Qafqazda mövqelərini qoruyub, saxlamaq üçün intensiv cəhdlər göstərir. Son vaxtlar isə Kremlin bu istiqamətdə fəallığı xüsusi israrçılıqla müşayiət olunur. Rusiya siyasi dairələri ABŞ və Qərbin Cənubi Qafqazda hər ötən gün daha çox yerləşməsindən ciddi şəkildə narahatdırlar.

Məsələ ondadır ki, Ermənistan Rusiyaya münasibətdə ikibaşlı manevrlər etməkdədir. Belə ki, rəsmi İrəvan bir tərəfdən Rusiyaya beynəlxalq sanksiyalardan yayınmağa yardım göstərir. Bununla da həm beynəlxalq qaçaqmalçılıq yolu ilə külli miqdarda maliyyə vəsaiti qazanır. Digər tərəfdən isə Kremlin Ermənistana aqressiv davranmasının qarşısını almağa çalışır.

Eyni zamanda, rəsmi İrəvan Rusiyanın Cənubi Qafqazdakı geopolitik mövqelərinin zəiflədilməsinə yönəlik addımlar atır. Kremlin regiondan sıxışdırılıb, çıxarılmasına münbit şərait yaradır. Düzdür, Kreml rəsmi İrəvanın Rusiyaya beynəlxalq sanksiyalardan yayınmaqda göstərdiyi gizli dəstəkdən məmnundur. Ancaq Ermənistanın Rusiyaya geopolitik xəyanəti Kremlə daha baha başa gələ bilər. Hər halda, Rusiya rəsmi İrəvanın hiyləgər oyunları ucbatından bu regionun coğrafiyasından kənarda qalmaq təhlükəsi ilə üzləşib.

Təbii ki, belə situasiyada Kreml ümumi faydalılıq əmsalını nəzərə almaq məcburiyyətində də qalıb. Çünki rəsmi İrəvanın sanksiyalardan yayınmaq dəstəyi ilk növbədə Ermənistana faydalıdır, Rusiyanın hərbi müttəfiqinə külli miqdarda əlavə maliyyə vəsaiti qazandırır. Halbuki, bu "ikili idxal" fırıldağı Rusiyanın hərbi ehtiyaclarının yalnız çox cüzi bir hissəsidir. Və Kreml bu "dəstəyin" alternativini başqa istiqamətlərdən də təmin edə bilər.

233991ab74f783e3c4e2d2eae50d5a38.jpg (109 KB)Ancaq buna paralel olaraq, rəsmi İrəvanın Rusiyaya geopolitik xəyanəti Kremlə daha böyük itkilər vəd edir. Çünki bu xəyanət son nəticədə Rusiyanı xüsusilə də yeni dünya düzənində böyük əhəmiyyət daşıyacaq bir strateji məkana nəzarət imkanlarından məhrum buraxa bilər. Yəni, Paşinyan hakimiyyətinin Rusiyaya "ikili idxal" dəstəyi ilə Cənubi Qafqazın strateji dəyəri qətiyyən adekvat deyil. Və bu məsələdə Kreml açıq-aşkar itirən tərəf rolunda çıxış edir.

Şübhəsiz ki, Kremldə bütün bunları tam dəqiqliyi ilə hesablayırlar. Son vaxtlar Rusiyanın Ermənistana münasibətdə müəyyən qədər aqressivləşməsi də belə düşünməyə əsas verir. Kremlin rəsmi İrəvana siyasi-diplomatik təzyiqlərinin də tədricən artmağa başladığı müşahidə olunur. Və bu, o deməkdir ki, Kreml Ermənistana Rusiya üzərindən həm qazanc əldə etmək, həm də ona qarşı xəyanət içərisində olmaq imkanı vermək niyyətində deyil.

Maraqlıdır ki, son vaxtlar rəsmi İrəvan Rusiyanın Ermənistandan sıxışdırılması istiqamətində manevrlərini intensivləşdirib. Belə ki, Avropa Birliyinin mülki müşahidə missiyasının Rusiyanın əleyhinə olduğu heç kəsdə şübhə doğurmur. Hazırda bu missiyanın təmsilçiləri Rusiyanın Ermənistandakı bəzi hegemonluq funksiyalarını ələ keçirməyə başlayıb. Və bu proses hər ötən gün daha da dərinləşdirilir.

Məsələ ondadır ki, indi Avropa Birliyinin mülki müşahidə missiyası Ermənistanın Azərbaycanla sərhəd bölgəsində yeni dayaq məntəqələri yaratmağa başlayıb. Yəni, avropalı müşahidəçilər sərhəd bölgəsində yerləşmə coğrafiyasını genişləndirirlər. Və bu, Kremlin analoji niyyətinə qarşı bloklayıcı manevr kimi dəyərləndirilir.

Halbuki, son vaxtlar Kreml Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müşahidə qrupunu Ermənistanın Azərbaycanla sərhəd bölgələrinə yerləşdirmək təklifini yenidən aktuallaşdırmağa can atırdı. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçiləri KTMT-nın bu mövzunu daha detallı şəkildə müzakirə etməyin vacibliyini qabardırlar. Və rəsmi İrəvanın ən qısa zamanda bu məsələni müzakirə etmək üçün danışıqlar masasına oturmasının vacibliyini vurğulayırlar.

dfff46f85a6f7716afea452049b8c6e007a.jpeg (143 KB)İlk baxışdan Kremlin bu təklifi konstruktiv müzakirə cəhdi kimi görünsə də, əslində, situasiya kifayət qədər fərqli məzmun daşıyır. Belə ki, Rusiya Avropa Birliyinin mülki müşahidə missiyasının öz yerləşmə coğrafiyasını genişləndirməyə çalışmasını məkrli planın tərkib hissəsi hesab edir. Kremldə əmindirlər ki, Paşinyan hakimiyyəti KTMT-nı Ermənistana buraxmamaq üçün bu qurumun müşahidə qrupunun yerləşə biləcəyi bölgələri məhz avropalı casusların nəzarətinə verir.

Ona görə də, Kreml rəsmi İrəvana təzyiq göstərməyə və KTMT-nın Ermənistana gəlişinə tez-tələsik razılıq əldə etməyə çalışır. Bu baxımdan, Kremlin bu barədə təklifləri əslində, müəyyən mənada, rəsmi İrəvan qarşısında tələb xarakteri daşıyır. Və hətta təklif məzmunu altında gizlədilmiş bu tələblərdən ultimativ mesajlar da sezilir.

Göründüyü kimi, Rusiya-Ermənistan münasibətləri yenidən gərginlik mərhələsinə sürətlə yaxınlaşır. Kreml rəsmi İrəvana anlatmağa çalışır ki, Rusiya Ermənistanı heç bir halda, Avropa Birliyinin timsalında Qərbə güzəştə getməyəcək. Rusiya rəsmilərinin Paşinyan hakimiyyətinə qarşı dolayısı ittihamları rəsmi İrəvana növbəti ciddi xəbərdarlıq xarakteri daşıyır. Və Kremlin ən yaxın vaxtlarda həm Paşinyan hakimiyyəti, həm də ümumiyyətlə Ermənistan üçün faciəvi nəticələr verə biləcək addımların atılmasından çəkinməyəcəyini biruzə verir.

Rəsmi İrəvan isə hələlik inadkarlıq edir, müqavimət göstərməyə çalışır. Ermənistan Xarici İşlər Nazirliyinin son açıqlaması da Kremlin hövsələsini sınağa çəkəcək məzmun daşıyır. Çünki həmin açıqlamada rəsmi İrəvanın KTMT müşahidə qrupunun Ermənistanda yerləşdirilməsi təklifinə yönəlik mövqeyində hər hansı dəyişiklik olmadığı vurğulanır. Və rəsmi İrəvanın bu məsələ ilə bağlı mövqeyinə yenidən baxması üçün Ermənistanın KTMT üzrə hərbi müttəfiqlərinin ötən ilin sentyabrında baş vermiş hadisələrə siyasi qiymət verməsinin vacibliyi qabardılır.

Təbii ki, rəsmi İrəvanın bu mövqeyi Kremlə qarşı şantaj xarakteri daşımaqla yanaşı, həm də Kremlin Azərbaycanla münasibətlərini korlamaq niyyəti güdür. Belə ki, ötən ilin sentyabrında baş vermiş hadisələr Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarından qaynaqlanırdı. İndi rəsmi İrəvan həm Rusiyadan, həm də KTMT-dan tələb edir ki, Ermənistanın törətdiyi hərbi təxribatlara görə məhz Azərbaycan ittiham edilsin.

1002537.jpg (103 KB)Halbuki, Paşinyan hakimiyyəti bunun mümkün olmayacağını da tam dəqiqliyi ilə bilir. Çünki Rusiya siyasi dairələri Ermənistanın hərbi təxribatatına görə Azərbaycanı ittiham edib, rəsmi Bakı ilə münasibətləri korlayacaq qədər sadəlövh deyillər. Üstəlik, hazırda Azərbaycanla qarşılıqlı münasibətlər Rusiya üçün strateji əhəmiyyət daşıyır. Və Kreml Cənubi Qafqazın lider dövləti ilə problemlərdən qaynaqlanacaq geopolitik itkilərdə qətiyyən maraqlı deyil.

Digər tərəfdən, rəsmi İrəvan üçün KTMT daxilində vəziyyət də ümidverici sayıla bilməz. Paşinyan hakimiyyətinin bütün cəhdlərinə baxmayaraq, Ermənistanın KTMT üzrə hərbi müttəfiqlərinin Azərbaycanla münasibətlərini korlamaq niyyəti baş tutmayıb. Əksinə, KTMT ölkələri Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərini daha da inkişaf etdirməkdə maraqlı olduqlarını qətiyyən gizlətmirlər.

Nə qədər qəribə olsa, rəsmi İrəvan məhz bu məqamlardan öz məkrli planlarını reallaşdırmaq üçün bəhanə kimi yararlanmağa çalışır. Paşinyan hakimiyyəti Ermənistanın KTMT-dan kənarlaşması prosesini inkişaf etdirir. Və Rusiyanın oyundankənar vəziyyətə salmaq üçün əlindən gələn hər şeyi edir.

Ona görə də, Kremlin Ermənistanla bağlı qərar qəbul etmək baxımından, o qədər də çox seçim variantı qalmayıb. Çünki rəsmi İrəvan Rusiyanı da, KTMT-nı da Ermənistanı işğal edə biləcək xarici güc mərkəzi hesab etdiyini qətiyyən gizlətmir. Deməli, Kreml məhz bu istiqamətdə yekun qərar vermək məcburiyyətində qala bilər. Əks halda, Ermənistanın tədricən Rusiyadan uzaqlaşıb, ABŞ və Qərbə sığınmağa çalışacağı artıq açıq-aşkar müşahidə olunur.

Bu cümlə Rusiya və Ermənistan arasındakı münasibətlərin ümumi səthini izah edir. Ermənistan əraziləri qoşusa və bərpa olunana qədər Rusiya bu qəza nəticəsində münasibətə tətbiq etməli və Ermənistanın qanunsuz işğalının sona çatmasını təmin etməli və irəvan Rusiyanı avropalı kəşfiyyatçıları bloklayaraq Ermənistanın bu işgələrinə son vermək üçün müsbət nəticələrə çatmağa yardım etməlidir.

0.017075061798096