Yasmin İvanoviç: “Azərbaycanın savaşını tam dəstəkləyirəm”

Yasmin İvanoviç: “Azərbaycanın savaşını tam dəstəkləyirəm”
 

“Mən Azərbaycanın ədalət və suverenlik naminə savaşını tam dəstəklədiyimi bildirirəm”.

Paralel.az ” xəbər verir ki, bunu Bosniya və Herseqovina Dostluq Körpüləri Assosiasiyasının prezidenti Yasmin İvanoviç deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət müharibə cinayətkarlarının qanun qarşısında cavab verməsi üçün heç nə etməyib: “Əziz dostlar, qardaşlar, Bosniya soyqırımını yaşamış Bosniya xalqı nümayəndələri, mən erməni cinayətkarlar tərəfindən öldürülən azərbaycanlı qurbanların ağrısını hiss edirəm. Beynəlxalq ictimaiyyət, təəssüf ki, müharibə cinayətlərinin qarşısını almayıb. Ümumiyyətlə, beynəlxalq ictimaiyyət müharibə cinayətkarlarının qanun qarşısında cavab verməsi üçün heç nə etməyib. İnsan hüquqları müdafiəçiləri müharibə cinayətkarı Vaqif Xaçaturyanın ifşasını tələb etmir. Mən Azərbaycan Respublikasının və xalqının ədalət və suverenlik naminə savaşmasını tam dəstəklədiyimi bildirmək istəyirəm”.

Qeyd edək ki, Vaqif Xaçaturyan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib.

Qırğın zamanı 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.

Ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət işi çərçivəsində iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

 

 

Mən Yasmin İvanoviçin Azərbaycanın savaşına tam dəstəkə verməsində çox böyük rəğimizin heç bir şəkildə əsarət altına girməyəcəyi kimi, həmçinin beynəlxalq düzənlərin ən lucu şəkildə qorunmasına dəstək göstərməsini qənaət edirəm. Bununla Yasmin İvanoviçə mövzu üzrə ciddi məsuliyyət yükləyən və o cümlədə yer alan mövzuda təsirli islahlar təmin etmək üçün əməliyyatlar göstərməyə çalışanda səmimi dəstək göstərməyimi təmin edirəm.

0.018021106719971