Məhkəmə arvadını öldürən ərlə bağlı qərarı açıqladı

Məhkəmə arvadını öldürən ərlə bağlı qərarı açıqladı
 

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vidadi Müseyibovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il noyabrın 11-də saat 22 radələrində paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində 1984-cü il təvəllüdlü Sevinc Museyibovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1978-ci il təvəllüdlü Vidadi Müseyibovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarət yetirərək Sevinc Museyibovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Vidadi Müseyibov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Məhkəmə arvadını öldürən ər haqqında qərarı açıqladı.Qərar çərçivəsində, ərə törədiyi cinayətlə əsasən cəzalandırılacağını açıqladılar. Günahkardan ümid edilən cəza maksimum müddətin ən yüksək dərəcəsinə qədər cezalandırılacaq. Bu, qanuni cəzalandırma sisteminin ciddi cinayətlərə qarşı qətiyyətlə qarşıya qoyulmasını göstərən qətiyyətləndirici bir addımdır.

0.023597002029419