Latviya xüsusi sərhədçilər dəstəsi yaradır

Latviya xüsusi sərhədçilər dəstəsi yaradır
 

“Vaqnerçilər”in Belarusa gəlişi ilə əlaqədar Latviyada xüsusi sərhədçilər dəstəsi yaradılacaq.

Paralel.az ” xəbər verir ki, Latviya sərhəd xidmətinin rəhbəri Quntis Puyatsın bildirdiyinə görə, ölkədə xüsusi sərhəd dəstəsinin hazırlanmasına başlanılıb. “Bu, “Vaqner” muzdlularının bir dəstəsinin Belarusa gəlişinə və bir neçə Belarus helikopterinin Polşa ilə sərhədi keçməsi barədə xəbərlərə Latviyanın cavabıdır”, - o deyib.

Q.Puyatsın sözlərinə görə, Belarus miqrantlardan “hibrid müharibə”nin aləti kimi istifadə etməyə başlayandan bəri Latviya ölkə üçün riskləri qiymətləndirir, amma “Vaqnerçilər”in gəlişi ilə risklər daha da böyüyüb.

0.015499114990234