"Qara maskalılar" Cəlilabadda əməliyyat keçirib
Cəlilabad rayon sakinlərinin Paralel.az-a verdiyi məlumata görə, bu gün DTX rayonda xüsusi əməliyyat keçirib.
Verilən məlumata görə, "qara maskalılar" rayon bələdiyyəsinin sədrini, rayonun baş arxitektorunu və elektrik şəbəkəsinin rəhbərini əməliyyat çərçivəsində həbs edərək, Bakıya gətiriblər.
Şahidlərin sözlərinə görə, baş arxitektor maşına mindirilərkən deyib ki, başçı nə deyibsə, mən də onu icra etmişəm.
Əməliyyat barədə hələlik rəsmi məlumat yoxdur, yəqin ki, irəliləyən saatlarda bu barədə DTX məlumat dərc edəcək.