Putin diplomatik qumar oynayır – ABŞ nəşri

Putin diplomatik qumar oynayır – ABŞ nəşri
 

Rusiyanın taxıl sazişindən çıxması, Çin və Türkiyə ilə münasibətləri pozmaq təhlükəsi yaradır.

Paralel.az -ın xəbərinə görə, “The Wall Street Journal” yazır ki, Rusiyanın Ukrayna taxılının bütün dünyaya ixracına icazə verən sazişdən çıxmaq qərarı ölkənin iki ən güclü tərəfdaşı olan Çin və Türkiyə ilə diplomatik gərginliklə dolu olan Rusiya prezidenti Vladimir Putinin qumar oyunudur.

Nəşr vurğulayır ki, bu addım sövdələşmədə Ukrayna taxılının ən böyük alıcısı olan Çinə iqtisadi təzyiq və ötən il Rusiya ilə Ukrayna arasında ilkin razılaşmanın əldə olunmasında vasitəçilik etmiş digər böyük alıcı Türkiyə ilə münasibətləri pisləşdirir. 

“Rusiyanın sövdələşmədən imtinasının səbəbi Ərdoğanın xarici siyasətinin Qərbə doğru yeni meylini göstərən silsilə addımlardır”, - nəşr yazır.

Paralel.az

0.016892194747925