Uşaqlar arasında bu xəstəliklə mübarizəyə 600 min manat ayrılır
TƏBİB-in tabeliyindəki İnnovasiya və Təchizat Mərkəzi uşaqlarda kistoz fibroz genetik xəstəliyi ilə mübarizə tədbirləri çərçivəsində dərman vasitələri alır.
İqtisadiyyat.az xəbər verir ki, dərman vasitələrini Mərkəzə "Zeytun Pharmaceuticals" şirkəti satacaq.
Yeddi adda dərman vasitəsindən ümumilikdə 8359 qutu sifariş edilib.
TƏBİB sözügedən dərmanlar üçün "Zeytun Pharmaceuticals" şirkətinə 628 447 manat ödəniş edəcək.
Qeyd edək ki, kistoz fibroz - irsi yolla keçən və metabolizm prosesinin pozulması nəticəsində yaranan xəstəlikdir. Bu xəstəliyin körpənin həyatının ilkin dövründə müşahidə olunan əlamətlərinə yenidoğulmuşda uzun müddət davam edən sarılıq, düz bağırsağın sallanması, xroniki diareya, öskürək, təngnəfəslik, pnevmoniya, dəridən duzlu dad gəlməsi, fiziki inkişafın ləngiməsi və s. aiddir. Xəstəliyin məktəbəqədər, məktəb yaşlı uşaqlarda və yeniyetmələrdə simptomları fərqli olur. Kistik fibrozis diaqnozu təsdiqlənən uşaqlar Uşaq Klinik Xəstəxanasının Kistoz Fibroz Mərkəzində qeydiyyata alınır.
Həmin dərmanlar aşağıdakılardır: