Bakıda sakitçiıikdir, ermənilər isə sakit dayanmırlar, boğuşurlar- Tarasov

Bakıda sakitçiıikdir, ermənilər isə sakit dayanmırlar, boğuşurlar- Tarasov
 

Ermənistan tərəfindən fərqli olaraq Azərbaycan tərəfi, daha dəqiqliklə ifadə etsək, Prezident İlham Əliyev Cənubi Qafqazdakı həssas vəziyyətə uyğun daha ağıllı və savadlı siyasət yürüdür.

Paralel.az xəbər verir ki, bunu rusiyalı analitik və Yaxın Şərq məsələləri üzrə ekspert Stanislav Tarasov deyib.

Moskva ilə İrəvan arasındakı münasibətləri, həmçinin Paşinyanla Putin görüşünün nəticələrini şərh edən Tarasov bildirib ki, görüşün ikinci hissəsində siyasi məsələlərlə bağlı gedən söhbəti nə Moskva, nə də Ermənistan tərəfi dərc etməsə də, əsas fikir, mövqe səsləndi: "Rusiya sərhədçiləri Azərbaycanla sərhəddən geri çəkilir. Azərbaycanla təmasda olmaları mənasını itirib, amma Türkiyə və İranla sərhəddə qalırlar ki, bu da düzgün qərardır". 

İkitərəfli münasibətlərə gəldikdə ekspert bildirib ki, Moskva radikal addımlar atmaq, Ermənistanla münasibətləri pozmaq niyyətində deyil: "Amma bu, taktiki və aralıq qərardır. Çünki Cənubi Qafqazın geosiyasəti dəyişir. Rusiya-Azərbaycan ittifaqı yaranıb və indi Rusiya Ermənistanla Moskva-Bakı-İrəvan üçbucağı şəklində münasibətlər qurur. Bu üçbucaq regional təhlükəsizlik və kommunikasiya problemlərinin aradan qaldırılmasını nəzərdə tutur. Bu, yəqin ki, 3+3 formatının ümumi görünüşüdür. Bu format o deməkdir ki, Qərbin təhlükəsizlik problemlərində iştirakı istisna olunur. Bu mövqelər artıq qeyd olunub, söhbət Ermənistandan gedir, İrəvan isə taktiki pauza verib. Bu bizi belə düşünməyə vadar edir ki, tərəflər taktiki atəşkəsə gəliblər. Onlar münasibətlərin kəsilməsini deyil, əsas qərarlar isə hələ qarşıdadır". 

Tarasov onu da əlavə edib ki, bu gün Ermənistan geosiyasi blokadadadır. "Paşinyan və komandası səhvlər edir. Onlar öz məğlubiyyətlərinin təcrübəsini nəzərə almalı və region ölkələri ilə münasibətləri başqa cür qurmalı idilər. Lakin Azərbaycanın çox profilli siyasət aparması, Rusiya ilə ittifaq qurması, Çinlə əlaqələr yaratdığı halda Ermənistan tərəfi əyalət radikallığı nümayiş etdirdi. İran Qərblə qarşıdurmaya getməkdən çəkinmir və bu vəziyyətdə Ermənistan geosiyasi əlavə rolunda görünür. Məsələn, indi İrəvan Rusiya hərbi bazasının çıxarılmasını təkid etsəydi, Moskva bunu fəlakət kimi qəbul etməzdi, çünki Rusiyanın bölgədə olması ilə bağlı rus diaqnozu erməni diaqnozundan fərqlidir. Ermənilər hesab edirlər ki, Rusiya yeni Sovet İttifaqı yaradır, lakin bu belə deyil", - ekspert qeyd edib.

Ermənistandakı aksiyalarla bağlı mövqeyini açıqlayan analitik bildirib ki, Ermənistanda üsyan hərəkatları həmişə olub: "Ermənilər çıxır, qışqırır, çadır qururlar, toqquşmalar olur, hər şey bitir. Ermənistanda elə qüvvələr var ki, Rusiya xarici amil kimi onları müdafiə edir. Əslində, Moskva açıq siyasət aparır və proseslərə qarışmır. Rusiya Paşinyanı uzaqlaşdırmaq istəsəydi, bunu çoxdan edərdi. Rusiya buna qarışmır və indiki prosesləri kənardan izləyir, ermənilərə 100 faiz şans verir ki, kiminlə olacaq. 

Təbii ki, belə bir vəziyyətdə Paşinyana xarici düşmən lazımdır. Rusiya hücum etməyəcək, Türkiyə hücum etməyəcək, Azərbaycan Meğriyə görə döyüşməyəcək. Çünki Azərbaycan Rusiyanın bölgədəki varlığında maraqlıdır".

 

0.080365896224976