Azərbaycanda 18,3 milyon manatlıq şirkətə yeni müfəttiş təyin olundu

Azərbaycanda 18,3 milyon manatlıq şirkətə yeni müfəttiş təyin olundu
 

"Zəyəm Texnologiyalar Parkı”na yeni müfəttiş təyin olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu vəzifənin icrası Samir Məhəmməd oğlu Hacı­yevə tapşırılıb.

Onun müfəttiş vəzifəsinə təyin edilməsi iyunun 28-də  ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağında təsdiqlənəcək.

Ümumi yığıncaqda həmçinin ASC-nin 2023-cü iş ili üçün maliyyə hesabatı, Mü­şahidə Şurasının əsasnaməsinin təsdiq edilməsi, ASC-nin aidiyyəti şəxslərlərlə əqdlərin bağlanması barədə məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, "Zəyəm Texnologiyalar Parkı” 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 18 305 246 manatdır.

 

0.018121004104614