Azərbaycan-Özbəkistan birgə hərbi təlimi başladı – FOTOLAR

Azərbaycan-Özbəkistan birgə hərbi təlimi başladı – FOTOLAR
 

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən “UZAZ-2023” kompüter dəstəkli taktiki komanda-qərargah təlimi başlayıb.

Paralel.az xəbər verir ki, bu barədə  Müdafiə Nazirliyi məlumat verib.

Daşkənd vilayətinin Çirçik poliqonunda keçirilən birgə təlimin birinci mərhələsində Azərbaycan və Özbəkistan hərbi qulluqçuları xüsusi döyüş fəaliyyətlərinin təşkili və planlaşdırılması üzrə tapşırıqları kompüter və xəritə üzərində icra ediblər.

Təlimin əsas məqsədi qarşılıqlı təcrübə mübadiləsinin aparılması, hər iki dövlətin hərbi qulluqçularının qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, həmçinin qərargah zabitlərinin xəritə üzərində qərar qəbuletmə bacarıqlarının artırılması, onların peşəkarlıq və hazırlıq səviyyəsinin daha da yüksəldilməsidir.

Azərbaycan-Özbəkistan hərbi təlimi başlayıb - FOTO Azərbaycan-Özbəkistan hərbi təlimi başlayıb - FOTO Azərbaycan-Özbəkistan hərbi təlimi başlayıb - FOTO

0.021585941314697