Azərbaycanlı ata və oğul Rusiyada bədbəxt hadisə nəticəsində ölüb

Azərbaycanlı ata və oğul Rusiyada bədbəxt hadisə nəticəsində ölüb
 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Rusiyanın Tümen vilayətinin Niaqan şəhərində Salyan rayonunun Qarabağlı kəndindən olan 55 yaşlı Kərimov Mahir və oğlu 29 yaşlı Nurəddin iyulun 19-da, yanacaqdaşıyan sisternin boş çəninndə təmir işləri apararkən partlayış baş verib.

Hadisə nəticəsində Nurəddin hadisə yerində keçinib, ağır xəsarət alan ata isə iyulun 28-də müalicə aldığı xəstəxanada ölüb. Oğlun nəşi iyulun 26-da Salyanda dəfn edilib. Mahir Kərimovun nəşinin avqustun 2 də Qarabağlıya gətiriləcəyi gözlənilir.

0.016992092132568