Azarkeşlərlə polislər arasında kütləvi dava

Azarkeşlərlə polislər arasında kütləvi dava
 

Argentina futbolunda insident yaşaıb.

Paralel.az xəbər verir ki, “Boka Xuniors” – “İndependyente” matçından sonra azarkeşlərlə toqquşmada 6 polis əməkdaşı xəsarət alıb.

Qarşılaşma Avellanedadakı “İndependyente”nin ev stadionunda oynanılıb.

“Clarin” qəzetinin məlumatına görə, qarşılaşmadan sonra rəqibinə 0:2 hesabı ilə uduzan “İndependyente”nin azarkeşləri narazılıqlarını aqressiv şəkildə bildiriblər.

Onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına və klub rəhbərliyinin nümayəndələrinə daş atmağa başlayıblar. Polis rezin güllələrlə cavab verdi. Ən azı 11 nəfər saxlanılıb.(Publika.az)

0.12008213996887