Azərbaycanın Əməkdar artisti vəfat etdi
Azərbaycanın Əməkdar artisti xəstəxanada vəfat edib.
Manset.az-ın əldə etdiyi məlumata görə, Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Bu barədə onun qızı Əminə Sadıqova məlumat verib.
Qeyd edək ki, Faiq Sadıqov daha əvvəl xəstəxanaya yerləşdirilmişdi. Əməkdar artistdə ağciyər pnevmasiyası qeydə alınmışdı.