Azərbaycana bu ölkələrin tamaşaçıları səs veribmiş 

Azərbaycana bu ölkələrin tamaşaçıları səs veribmiş 
 

Mayın 11-də İsveçrənin qalibiyyəti ilə başa çatan “Avroviziya-2024” beynəlxalq mahnı müsabiqəsində səsvermənin detalları açıqlanıb. 

Birinci yarımfinalda “Özünlə apar” mahnısı ilə çıxış edən təmsilçilərimiz Fahree və İlkin Dövlətova aşağıdakı ölkələrin tamaşaçıları səs verib:

Moldova – 6 bal;
Finlandiya – 1 bal;
Litva – 1 bal;
Polşa – 1 bal;
Serbiya – 1 bal;
Ukrayna – 1 bal. 

Bundan başqa, Azərbaycan tamaşaçısının hansı ölkələrə səs verdiyi açıqlanıb: Kipr (12 bal), Ukrayna (10 bal), Lüksemburq (8 bal), Xorvatiya (7 bal), İrlandiya (6 bal), Serbiya (5 bal), Portuqaliya (4 bal), Litva (3 bal), Moldova (2 bal), Sloveniya (1 bal).

Qeyd edək ki, Azərbaycan təmsilçiləri I yarımfinaldan finala keçə bilməyib, müsabiqədə mübarizəni dayandırıblar. 

 

0.015738964080811