Bu avtomobillərlə bağlı qadağalar gəlir - AÇIQLAMA

Bu avtomobillərlə bağlı qadağalar gəlir - AÇIQLAMA
 

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsinin məhdudlaşdırılacağı deyilir.
Belə ki, bununla bağlı layihənin iyunun 1-dək Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri və Dövlət Gömrük Komitəsi tərəfindən hazırlanması tapşırılıb.

Bəs sözügedən avtomobillərin dövriyyəsinin məhdudlaşdırılması üçün hansı işlər görülə bilər?

Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərli açıqlamasında bildirdi ki, istehsalçının verdiyi zəmanət müddəti bitdikdən sonra avtomobil köhnə avtomobil sayıla bilər və köhnə nəqliyyat vasitələrinin dövriyyəsinin məhdudlaşdırılması artıq ötən ildən başlayıb:

“Nazirlər Kabinetinin qərarı ilə ölkəmizə idxal olunan avtomobillərin yaşı 10 ildən çox olmamalıdır. Bu, ilkin proses idi. Söhbət ölkə daxilində məhdudlaşdırılmadan gedirsə, bu, əsaslandırılmalı, əsas səbəb və məqsədlər müəyyən olunmalıdır”. 

Ekspertin sözlərinə görə, məhdudiyyətlər bugünkü müasir təhlükəsizlik standartlarına cavab verməyən avtomobillərə şamil oluna bilər: “Məsələn, bura əyləc sistemində ABS sistemi olmayan, ekoloji standartlara cavab verməyən nəqliyyat vasitələri daxil ola bilər. Bilirik ki, sovet avtomobillərində bu sistemlər mövcud deyil”. 

E.Cəfərlinin fikrincə, Bakı şəhəri də daxil olmaqla, bütün regionlarda belə köhnə avtomobillər istifadə edilir: “2015-ci illərdə manatın devalvasiyasından sonra avtomobillərin qiyməti kəskin yüksəldi. Bu da vətəndaşların yeni avtomobil almasını çətinləşdirdi. Hər kəs köhnə avtomobil aldı və avtomobil parkı köhnəldi. Devalvasiya olmasaydı, park yenilənməyə doğru gedirdi”. 

Könül
Ölkə.Az 

 

0.020487070083618