“Bir ovuc ianə “Taxıl razılaşması”nı əvəz etməyəcək” - Quterreş

“Bir ovuc ianə “Taxıl razılaşması”nı əvəz etməyəcək” - Quterreş
 

Bəzi ölkələrə bir ovuc ianə Qara dəniz “Taxıl razılaşması”nın bitməsinin nəhəng təsirini yüngülləşdirməyəcək.

APA “Sky News“a istinadən xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş Rusiya Prezidenti Vladimir Putinin bəzi Afrika ölkələrinə pulsuz taxıl veriləcəyini deməsinə münasibətdə deyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün ölkəsinin Afrikaya taxıl ixracında Ukraynanı əvəz edə biləcəyini deyib. O, Afrikanın altı ölkəsinin - Burkina-Faso, Zimbabve, Mali, Somali, Mərkəzi Afrika Respublikası və Eritreyanın Rusiyadan pulsuz 25-50 min ton taxıl əldə edə biləcəyini bildirib.

0.018975019454956