Məmməd Talıblı: “Hələlik Azərbaycan çox asan pul qazanmaq mərhələsini yaşayır”
İqtisadi Təhlil İnstitutunun rəhbəri Məmməd Talıblı “Amerikanın Səsi”nə müsahibəsində Azərbaycanda maliyyə sabitliyi və qlobal risklərin iqtisadiyyata təsirlərindən danışıb
2022-ci ilin ilk yarım ilində dünyada baş verən geosiyasi və geoiqtisadi gərginliklər fonunda təchizat zəncirində yaranmış problemlər, həmçinin enerji daşıyıcılarının və ərzaq məhsullarının qiymətlərinin əhəmiyyətli dərəcədə qalxması qlobal inflyasiyanın yüksək səviyyəsini şərtləndirib. Bu amillər Azərbaycan iqtisadiyyatına da müsbət və mənfi baxımdan təsirsiz ötüşməyib. Bu müsahibədə İqtisadi Təhlil İnstitutunun rəhbəri Məmməd Talıblı “Amerikanın Səsi”nə müsahibəsində həmin təsirləri şərtləndirən çoxsaylı istiqamətlərlə bağlı suallara cavablandırıb, həmçinin Azərbaycanda maliyyə sabitliyi və qlobal risklərin iqtisadiyyata təsirlərindən danışıb.