Bülənt Ərsoy anasına yazdığı məktubu paylaşdı: vəsiyyətini açıqladı

Bülənt Ərsoy anasına yazdığı məktubu paylaşdı: vəsiyyətini açıqladı
 

Türk klassik musiqisinin divası Bülənt Ərsoy 2020-ci ildə dünyasını dəyişən anası Necla Poyrazın məzarının fotosunu sosial media hesabında paylaşıb.

Publika.az xəbər verir ki, 4 il əvvəl vəfat edən anasına məktub yazan Diva paylaşımında vəsiyyətini də açıqlayıb.

“Anam... Salam... Bu gün Analar Günüdür... Sənin günündür... Amma əslində mənim hər günüm, hər saatım, hər dəqiqəm, hər saniyəm sənin arzundur və hər zaman Səni xatırlamaq mənim üçün sənin günündür... Telefon nömrən hələ də mənim telefonumdadır.

Bilirsənmi, səni Uca Allahın rəhmətinə və əbədi məskəninə təslim etdikdən sonra səndən uzaqda olduğum ilk günlərdə söhbətlərimizi davam etdirmək üçün sənin nömrənə zəng edirdim. Amma… mahnıdakı kimi ürəyim parçalanır, gözlərim yaşlanır. Dodaqlarımda həmişə hıçqırıq olub, anam...

Yeri gəlmişkən, sənin məzarına baxan, onu belə təmiz, səliqəli saxlayan Haluk bəyə vəsiyyətimi də etmişəm, ana.

Ona dedim ki, məni də sən dəfn edəcəksən, qəbrim çox qəşəng və təmiz olmalıdır. Hər gün təmizləyici vasitələrlə yuyulub, təmizlənməlidir. Çiçəklərim təzə və göz oxşamalıdır. Ən əsası, avazı gözəl mollalar hər gün məzarım önünüdə saatlarla dualar oxumalıdır”, - sənətçi qeyd edib.

 

0.015832901000977