AFFA-dan komanda sayı ilə bağlı qərar
Önümüzdəki mövsüm Azərbaycan Premyer Liqasında 10 komanda iştirak edəcək.
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.
İclasdan sonra AFFA prezidenti Rövşən Nəcəf qərar barədə açıqlama verib.
Alınan qərarlara əsasən, Premyer Liqada 2024-2025 mövsümündə komanda sayında heç bir dəyişiklik olmayacaq.
Belədə, "Qəbələ"nin aşağı liqaya düşəcəyi dəqiqləşib.