Ezgi Moladan izləyicilərini məyus edən açıqlama

Ezgi Moladan izləyicilərini məyus edən açıqlama
 

Türkiyəli aktrisa Ezgi Mola son açıqlaması ilə izləyicilərini məyus edib.

Axşam.az xəbər verir ki, aktrisa karyerasına fasilə verdiyini bildirib. 

Yeni ana olan Ezgi buna səbəb zamanını övladı ilə keçirmək istəməsi olduğunu söyləyib:

"Övladıma baxmaq istəyirəm. Ekran üçün darıxıram, amma edəcək bir şey yoxdur. Uşağımla keçirəcəyim vaxt daha dəyərlidir".

Qeyd edək ki, Ezgi son olaraq "Masumlar apartmanı" serialında rol alıb. İş adamı Mustafa Aksakallı ilə ailəli olan Ezginin ötən ilin noyabrında oğlu olub.

 

0.013736963272095