Hakim xanıma dəymiş mənəvi dəyəri 4000 manat qiymətləndirib
Bu gun Apelyasiya məhkəməsində Hakim Fərid Eyyubovun sədirliyi ilə keçirilən iclasda ötən ilin avqustunda Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olmuş Zaur Mirzəyev tərəfindən çəkilmiş məlum videolarla bağlı zərərçəkmiş xanımlardan birinin Apelyasiya şikayətinə baxılmışdır.
Belə ki, zərərçəkmiş xanım Ağır Cinayətlər Məhkəməsinin Hakimi Məhəmməd Ələkbərovun verdiyi hökmün qanunsuz və ədalətsizliyindən şikayət edib, bildirib ki, Zaur Mirzəyevə qanunla müəyyən edilmiş hər üç maddə ilə Azərbaycan Respublikası Cinayət Məcələsinin 156.2.1, 309.2 və 312.1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləri sübuta yetirilsə də, dövlət ittihamçısı 6 il 6 ay cəza təyin etməsinə baxmayaraq, heç bir yüngülləşdirici hal olmadığı halda, ən aşağı həddə 3 il 6 ay cəza verib.
Digər tərəfdən isə maddi-mənəvi zərərlə bağlı xanımın iddiası çox absurd formada maddi təzminat təmin edilməmiş, mənəvi təzminat təmin edilmişdir.
Belə ki, cəmi 4000 manat mənəvi zərər tutulmuşdur. Xanımın şəxsi həyatının sirrinin pozulması işindən, ailəsindən məhrum olması, qohum-əqrəba ilə ünsiyyətinin kəsilməsi, heç bir yerdə işə düzələ bilməməsi, cəmiyyət arasında qınaq obyektinə çevrilməsi və ümumiyyətlə həyatının məhv olmasının dəyəri bu qədər alçaldıcı şəkildə qiymətləndirilməsi məhkəmə tərəfindən xanımın bir daha zərər çəkməsinə, stress yaşamasına səbəb olub.
Ümid edilir ki, Appelyasiya Məhkəməsi daha humanist və qanunamüvafiq qərar qəbul edəcəkdir.