SOCAR "Azəriqaz" İB-nin region rəislərinin rayon rəhbərləri ilə görüşünün ciddi səbəbləri var - FOTO

SOCAR
 

SOCAR "Azəriqaz" İB rəhbərliyinin təşəbbüsü ilə Regional İdarələrin məsul şəxslərinin yerli İcra Hakimiyyətinin məsul şəxsləri ilə görüşləri keçirilir. Məqsəd sakinlərin qaz təchizatı ilə bağlı üzləşdikləri problemlərin operativ həllinə nail olmaqdan ibarətdir. Bu səbəbdən Sumqayıt Qaz İstismarı Sahəsinin rəisinin Şəhər İcra Hakimiyyəti başçısının müavini Fərid Ələkbərov ilə görüşü baş tutub.
Görüş zamanı Birlik tərəfindən həyata keçirilən layihələr, aparılan islahatlar və təkmilləşdirmə tədbirləri, həmçinin qaz təsərrüfatının mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Şəhid ailələrinin və qazilərin hər zaman diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb.

"Paralel.az"

0.022781848907471