"Bəzən qurban mühafizə orderini vaxtında ala  bilmir"- Bahar Muradova

 

2022-ci il ərzində 46 nəfər mühafizə orderi ilə təmin edilmişdir, 2023-cü ilin birinci yarısında cəmi 40 nəfərə mühafizə orderi verilib.

Paralel.az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə çıxışı zamanı deyib. Mühafizə orderlərinin effektiv olduğunu deyən sədr söyləyib ki, bu məsələdə əsas narahatlıq vaxt itkisi ilə bağlıdır:

"Bəzən qurban vaxtında mühafizə orderini ala bilmir. Vaxt itkisinin qarşısının alınması mexanizmləri üzrə iş gedir".

0.021178007125854