Macarıstan XİN: Ukrayna taxılını həqiqətən ehtiyacı olanlara çatdırmaq lazımdır

Macarıstan XİN: Ukrayna taxılını həqiqətən ehtiyacı olanlara çatdırmaq lazımdır
 

“Macarıstan Ukrayna taxılının öz ərazisindən daşınması üçün tranzit marşrutlarını açıq saxlayacaq, çünki bunu dünyada ərzaq təhlükəsizliyi baxımından vacib hesab edir”.

Paralel.az ” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto M1 telekanalına müsahibəsində deyib.

O, “taxıl sazişi”nin uzadılmayacağına görə təəssüf etdiyini, bunun əhəmiyyətinin göz qabağında olduğunu vurğulayıb.

Nazirin sözlərinə görə, Macarıstan və Mərkəzi Avropanın digər ölkələri “taxıl sazişi”nin uzadılmasında çox maraqlı idilər, çünki onlar nəqliyyat marşrutlarının pozulması səbəbindən ənənəvi təyinatlarına çatdırıla bilinməyən Ukrayna taxılının axınından əziyyət çəkirlər.

Bununla əlaqədar olaraq P.Siyarto Macarıstan bazarında Ukrayna kənd təsərrüfatı məhsullarının satışının qadağan edilməsinin tərəfdarı olmağa davam edəcəyini, amma Ukrayna kənd təsərrüfatı məhsullarının Macarıstan ərazisindən daşınması üçün açıq tranzit marşrutlarını saxlayacağını vurğulayıb. Onun sözlərinə görə, Macarıstanda bu məhsullar Avropa İttifaqının qaydalarına uyğun olaraq macar fermerlər tərəfindən yetişdiriləcək, Ukrayna taxılını isə nəzərdə tutulan məntəqələrə və həqiqətən ehtiyacı olanlara çatdırmaq lazımdır.

0.022443056106567